EN

"Çelsi"ni Fransa klubuna dəyişəcək

"Çelsi"nin hücumçusu David Datro Fofana karyerasını Fransada davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Strasbur" Fil Dişi Sahilindən olan futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Liqa 1 klubu forvardı 5 aylıq icarəyə götürüb. Qısa müddət ərzində rəsmi açıqlama ediləcək.

Qeyd edək ki, "Çelsi" David Datro Fofananı 2023-cü ilin yanvarında "Molde"dən 12 milyon avroya transfer edib. 23 yaşlı hücumçu mövsümün ilk yarısını icarə əsasında "Fatih Karagümrük"də keçirib. O, İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 8 qol vurub.

saytlarin hazirlanmasi

Chosen
32
sportal.az

1Sources