ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Leyla Əliyeva instaqram səhifəsində yeni şeirini paylaşıb.
Redaktor.az həmin şeiri təqdim edir:
Dəyər ver insana, sev onunla hər anı,
Ayrılanda elə bil bir də görməyəcəksən
Sev gülüşü, qorxunu, göz yaşını, şübhəni,
Sev yanında olan zamanını böləni !Bu müqəddəs gecədə yuxum çəkilib dara
Dünən də belə idi- yuxu hara, mən hara…
Bacardım həyatda sonsuz sevməyi -
Gecəni, gündüzü, xoş gələcək.Sevimli anları əbədi yaşat
Yaşamaq istəsən bir andır həyat
Sevgiyə aparan əbədi yolda
Hər kəsi qəlbinlə duy, yaşa, anla !Sev Tanrı yaradan o insanlar
Ağacı, günəşi, çölü, çayları !
Hər kəsin öz payı, öz qisməti var
Ancaq bir- görünüş görünüşlər!Gözünü qırpmadan insan naminə
Sən ona dünyanı ərməğan eylə
Günahlar çox olar, atma üçünə
Sevinci, həyatı başa tac eylə!Bilsən necə darıxıram səninçün
Hərdən öz-özümə çaşıb-qalıram:
Parlaq həyatında düz seçim üçün
Sənə güvənirəm, arxalanıram !Ucalıb görüncə ayın üzünü,
Zülmət qaranlıqdan nura bələndim.
Sənin gözlərində tapıb özümü
İnsanı sevməyi səndən öyrəndim!
Şeir: Leyla Əliyeva
Tərcümə: Sevinc Əliyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.