EN

“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi “Qəhrəmanlıq salnaməsi Tarix yazılan 44 gün” layihəsinin icrasına başlayıb FOTO

Hurriyyet saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi “Qəhrəmanlıq salnaməsi-Tarix yazılan 44 gün”

layihəsinin icrasına başlamışdır.

“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər

Fondunun maliyyə dəstəyi ilə icra olunan “Qəhrəmanlıq salnaməsi-Tarix yazılan 44 gün”

layihəsi çərçivəsində Laçın rayon Taxta körpü qəsəbəsində laçınlı gənclərinin iştirakı ilə

31 yanvar 2025 -ci il tarixdə bir elmi-maarifləndirici konfrans və 01 fevral 2026-cı il

tarixdə isə bir İntellektual bilik yarışması təşkil olunub.

Konfransda İctimai Birliyi sədri Durna Vəliyeva Layihə haqqında tədbir iştirakçılarına

ətraflı məlumat verməklə yanaşı 44 günlük Vətən müharibəsinin tarixi-siyasi əhəmiyyəti,

Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsi, Ali Baş Komandanın qətiyyətli liderliyi

və xalq -ordu birliyi mövzusunda çıxış edərək geniş məlumat verilmişdir.

Tədbirə qonaq qismində qatılan Vətən müharibəsi qaziləri Fəxri Əliyev Misir Misirov,

Laçın rayonu üzrə gənclər və idman sektorunun müdiri Natiq Mustafayev, Laçın rayon

M.Məmmədov adına Qarakeçdi kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru

Mehti Axundov, Taxtakörpü qəsəbə tam orta ümumtəhsil məktəbin direktoru Səxavət

Məmmədov, Ağcabədi rayon Taxtakörpü qəsəbə 1 nömrəli tam orta ümumtəhsil

məktəbin direktoru Şaiq Məmmədov, gənclərdən Aysu Baxışov, Məhəmməd

Məmmədov 44 günlük Vətən müharibəsinin tarixi gedişi, strateji əməliyyatlar, şəhid və

qazilərimizin qəhrəmanlığı, informasiya müharibəsinin rolu və post-müharibə dövrünün

reallıqları barədə çıxışları dinlənilmiş, iştirakçılarla geniş fikir mübadiləsi aparılmışdır.

Layihənin ikinci mərhələsi olan İntellektual bilik yarışması gənclərin tarixi biliklərinin

yoxlanılması, milli şüurun və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından xüsusi

maraq doğurmuşdur. Yarışma zamanı iştirakçılar Vətən müharibəsi, Azərbaycan tarixi

və milli qəhrəmanlarımızla bağlı biliklərini nümaiş etdirmişlər. “Qəhrəmanlıq salnaməsi-

Tarix yazılan 44 gün” layihəsi gənclər arasında tarixi yaddaşın möhkəmləndirilməsi,

Zəfər ruhunun yaşadılması və milli dəyərlərin təbliği baxımından əhəmiyyətli ictimai

təşəbbüs kimi dəyərləndirilir. Müsabiqə qaliblər İctimai Birlik tərəfindən diplom və

qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Layihə çərçivəsində növbəti tədbirlər Ağcabədi rayonunda keçiriləcək.Hurriyyet.Az

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
32
hurriyyet.az

1Sources