EN

Alimlər hafizəni yaxşılaşdıran təbii vasitələr aşkarladı

Bakı. Trend:

Britaniyalı alimlər müəyyən ediblər ki, paçuli, qreypfrut vəkardamonun efir yağlarının inhalasiyası sağlam insanlarda yaddaş vədiqqəti yaxşılaşdırır.

Trend xəbər verirki, tədqiqatın nəticələri “Human Psychopharmacology (HPP): Clinicaland Experimental” jurnalında dərc olunub.

Eksperimentdə 90 könüllü iştirak edib və onlar üç qrupabölünüblər: birinci qrup efir yağlarının kombinə olunmuş qoxusuolan məkanda koqnitiv tapşırıqları yerinə yetirib, ikinci qrupyaddaşa müsbət təsiri ilə tanınan adaçayı qoxusu olan mühitdətestdən keçib. Üçüncü qrup isə təmizlənmiş hava olan otaqdasınaqdan keçirilib.

İştirakçılar qoxuların tədqiqatın bir hissəsi olduğunubilməyiblər. Nəticələr göstərib ki, üçüncü qrupun iştirakçılarıişçi yaddaşın idarə olunması, sözlərin yadda saxlanması və mürəkkəbhesablamalar baxımından daha yaxşı nəticələr əldə ediblər.

Test başa çatdıqdan sonra iştirakçılar həmçinin daha aşağıyorğunluq səviyyəsi hiss etdiklərini bildiriblər. Yaxıninfraqırmızı spektroskopiya üsulu ilə aparılan beyin qan axınıölçmələri beynin metabolik aktivliyinin artdığını göstərib və butəsir təkcə adaçayının təsirini üstələyib.

Qarışığın tərkibinə paçuli, neroli, qreypfrut, kardamon, ladan,nard, rozmarin və limonotu efir yağları daxil olub. Qeyd edilir ki,bu yağların hər biri əvvəllər diqqətin artması və ya emosionalvəziyyətin dəyişməsi ilə əlaqələndirilib, lakin məhz onlarınkombinasiyası ən ifadəli təsiri verib.

Məqalədə:
Chosen
54
8
az.trend.az

9Sources