2026-cı ilin yayında ABŞ, Meksika və Kanadada keçiriləcək futbol üzrə Dünya Çempionatına sayılı aylar qalıb.
QOL.az xəbər verir ki, iyunun 11-də start götürəcək mundial öncəsi aparıcı idman brendləri ("Adidas", "Puma", "Nike") komandaların yeni formalarını azarkeşlərin ixtiyarına verib.
Qeyd edək ki, ötən ilin sonunda təqdim olunan kolleksiyalar hər bir ölkənin tarixini, mənzərələrini və memarlığını özündə birləşdirərək müasir üslubda dizayn edilib.
Diqqət çəkən bəzi formaları təqdim edirik:
