Rusiyanın Orenburq vilayətinin Orsk şəhərindəki Canatalap qəsəbəsi yaxınlığında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə, qəzaya uğrayan “Diamond Aircraft” şirkətinin istehsalı olan təyyarə təlim uçuşu həyata keçirirmiş. Onun göyərtəsindəki Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetinin iki kursantı və bir pilot həlak olublar. Qəza yerinə təcili yardım briqadaları göndərilib.
Təyyarə qəzasının səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.