EN

Rusiya yaxınlığında Böyük Britaniya və ABŞ kəşfiyyat təyyarələri qeydə ALINDI

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya yaxınlığında Böyük Britaniya və ABŞ kəşfiyyat təyyarələri qeydə alınıb.

Redaktor.az xəbər verir ki, "Flightradar24" uçuş izləmə xidmətinin məlumatına görə, Böyük Britaniyanın Krallıq Hərbi Hava Qüvvələrinə aid strategiya kəşfiyyat təyyarəsi "Boeing RC-135W Rivet Joint" və ABŞ-nin müşahidə və kəşfiyyat təyyarəsi "Saab 340B ISR" Kalininqrad vilayətinin yaxınlığındakı hava məkanında qeydə alınıb.

Bildirildiyinə görə, britaniyalı kəşfiyyat təyyarəsi Uotinqton aviabazasından qalxaraq Niderland, Polşa, Almaniya və Litva üzərindən uçmuş, sonra isə Rusiyanın bölgəsinə yaxın hava məkanına daxil olmuşdur.

ABŞ təyyarəsi Polşa ərazisindən qalxaraq Litva üzərindən, İsveç sahilləri boyunca Kalininqrad vilayətinə doğru patrul uçuşu həyata keçirib.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
1
redaktor.az

2Sources