EN

QHT sədri Azərbaycan Gəncləri Günü münasibətilə gənc vəkilləri təbrik edib

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Üfüq Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Nuriyyə Abbasova 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənc vəkilləri təbrik edib.

QHT.az -a açıqlama verən Nuriyyə Abbasova bu münasibətlə Qadın Vəkillər Alyansı qrupunda yer alan bütün gənc vəkillərə ünvanladığı təbrik mesajında onların hüquqi fəaliyyətini və ictimai mövqeyini yüksək qiymətləndirib:

"Vəkillər Kollegiyasının sədri Anar Bağırov hər zaman gənc vəkillərə dəstəyi ilə seçilir, bu səbəblə ona dərin təşəkkürümü bildirirəm. Bu əlamətdar gündə hüququ sadəcə peşə kimi deyil, ictimai dəyər və ədalət missiyası kimi qəbul edən, peşəkarlığı və vətəndaş mövqeyi, aktiv fəaliyyəti ilə seçilən bütün gənc vəkilləri təbrik edirəm. Gənc vəkillərin hüquqi bilikləri, etik dəyərlərə sadiqliyi və cəmiyyət üçün faydalı təşəbbüslərdə fəal iştirakı gənclərin hüquqi maarifləndirmə və ictimai vəkillik sahəsində nə qədər böyük potensiala sahib olduğunu nümayiş etdirir. Gənc olmaq yalnız yaş göstəricisi deyil, eyni zamanda məsuliyyət, prinsipial mövqe və gələcəyə inam deməkdir."

Chosen
30
qht.az

1Sources