
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) flaqman aviadaşıyıcısı olan “Emirates”, iki illik fasilədən sonra yaxın aylarda İsrailə uçuşları bərpa etməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Mənbələrə görə, aviaşirkət Təl-Əvivdəki Ben Qurion Beynəlxalq Hava Limanına uçuşları bərpa etməyə hazırlaşır.