EN

Babasının vəfatı günündə mükafat XƏBƏRİ - Qusarlı gəncin UĞURU - VİDEO

Prezident İlham Əliyev 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Mükafata layiq görülən 10 gəncdən biri də qusarlı Sərxan Əbülfət oğlu Ağadadaşovdur. O, 1999-cu il avqustun 4-də Qusar şəhərində anadan olub.

Orta təhsilini Qusar şəhər 1 saylı tam orta məktəbində alıb. 2016-cı ildə Azərbaycan Aviasiya Akademiyasının Hava Hərəkətinin İdarə Olunması mühəndisliyi ixtisasına qəbul olub. 2020-ci ildə bakalavr, daha sonra isə magistratura pilləsini eyni ixtisas üzrə bitirib. 
 

2023-cü ildən Aviasiya Akademiyasının doktoranturasında təhsil alır. Hazırda Akademiyanın Pilotsuz Uçuş Aparatları (PUA) laboratoriyasında qrup rəhbəri və müəllim kimi fəaliyyət göstərir.


2020-ci ildən, xüsusilə Vətən müharibəsi dövründən başlayaraq, PUA-ların istehsalı və təmiri sahəsində çalışır. Həmçinin "Sinam" şirkətində aparıcı mühəndis kimi fəaliyyətimi davam etdirir.

Sərxan Ağadadaşov qeyd edib ki, bu, cənab Prezident tərəfindən təltif edildiyi ikinci mükafatdır:

Ətraflı Bizim.Media-nın videosüjetində:



Aytəkin Alxaslı, Sadiq Məmmədov, Bizim.Media, Şimal bürosu

Chosen
18
1
bizim.media

2Sources