EN

Gürcüstanda təhsillə bağlı qanunlar dəyişir

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

Gürcüstanda zorakılığa görə işdən çıxarılan müəllimlərin təhsil sistemində işləməsi qadağan ediləcək.

"Unikal" xəbər verir ki, Təhsil Qanununa düzəlişlər Gürcüstan Parlamentinə təqdim edilib. Qanuna əsasən, şagirdlərə qarşı zorakılığa görə işdən çıxarılan müəllimlər və məktəb işçiləri üç il müddətinə ümumi təhsil müəssisələrində işləməkdən məhrum ediləcəklər.

Bundan əlavə, düzəlişlərdə tədris ilinin 12-dən 11-ə endirilməsi və məktəbə qəbul yaşının tam altı ilə qaldırılması təklif olunur.

Hökumət bu düzəlişlərin məktəblərdə vaxtında tətbiq olunmasını təmin etmək üçün tez bir zamanda qəbul edilməsini tələb edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
1
unikal.az

2Sources