Bakı. Trend:
SOCAR Türkiyə enerji sektorunun transformasiyasınısürətləndirməyə yönəlmiş səylər çərçivəsində, dayanıqlı inkişaf vəaviasiyada karbon emissiyalarının azaldılmasına fokuslanaraq,dayanıqlı aviasiya yanacağı (SAF) ticarətinə başlayıb.
Bu barədə Trendşirkətə istinadən xəbər verir.
SAF ilə ilk kommersiya əməliyyatı 29 yanvar 2026-cı il tarixindəhəyata keçirilib.
"SOCAR Türkiye"nin baş direktoru Elçin İbadov bildirib ki, buaddım şirkətin davamlı inkişaf prinsiplərinə sadiqliyini əksetdirir.
“Biz dayanıqlılığı fəaliyyətimizin əsas elementi kimi qəbuledirik və ekoloji və sosial aspektləri nəzərə alan transformasiyaanlayışı ilə hərəkət edirik . Enerji sektorundakı geniş təcrübəmizvə inteqrasiya olunmuş biznes modelimiz bizə dayanıqlı gələcəyədoğru konkret addımlar atmağa imkan verir. STAR Neft EmalıZavodumuzun imkanları, tədqiqat potensialı və rəqəmsal bacarıqlarıvasitəsilə həyata keçirilən SAF təşəbbüsümüz bu strategiyanın mühümtəzahürüdür. Biz əminik ki, aviasiya yanacağı sahəsində apardığımızişlər inkişaf edəcək və yeni əməkdaşlıqlar üçün yol açacaq. SOCARTürkiyə gələcəkdə də ekoloji və sosial faydaya yönəlmiş layihə vəinvestisiyaları həyata keçirəcək”, – deyə İbadov qeyd edib.
Qeyd edək ki, "SOCAR Türkiye" 13 avqust 2025-ci il tarixindəTurkish Airlines ilə SAF sahəsində birgə fəaliyyətə dair anlaşmamemorandumu imzalayıb.