EN

Azərbaycanda havanın temperaturu aşağı düşəcək - Xəbərdarlıq

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında fevralın 4-6-da fasilələrləyağıntılı olacağı gözlənilir. Fevralın 4-ü gün ərzində, 5-i gecəbəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.

Trend xəbərverir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.

Bildirilir ki, Azərbaycanın rayonlarında isə fevralın 3-üaxşamdan 5-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı,bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdəyağıntıların intensivləşəcəyi ehtimalı var.

Fevralın 4-6-da bəzi dağlıq və dağətəyi rayonlarda yollar buzbağlayacaq.

Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədətədricən 5-10 dərəcə aşağı enəcək.

Chosen
12
49
az.trend.az

10Sources