Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun I hissəsinin 5-ci bəndinə və "İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 17.2–17.4-cü və 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsinlər:
Rəşad Fərhad oğlu Rəsullu – namizədliyi idman federasiyaları tərəfindən irəli sürülmüşdür;
Salman Musa oğlu Musayev – namizədliyi dini konfessiyalar tərəfindən irəli sürülmüşdür;
Həcərxanım Teymur qızı Babayeva – namizədliyi yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüşdür.
Azərbaycan RespublikasıMilli Məclisinin sədri Sahibə QafarovaBakı şəhəri, 2 fevral 2026-cı il
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.