EN

Birlik sədri: Heç kəsə dini inancını məktəbə gətirmək səlahiyyəti verilməməlidir

Təhsil heç bir kənar təsirlərə məruz qalmamalı, heç kəsə dini inancını məktəbə gətirmək, təbliğ etmək səlahiyyəti verilməməlidir.

"Far.Az" xəbər verir ki, bunu "Təhsilli gələcək" İctimai Birliyinin sədri Sona Əliyeva "Baku TV"nin "Aktual gündəm" verilişində açıq-saçıq və dini geyimlərin məktəb mühitinə təsiri mövzusundakı müzakirə zamanı deyib.

Onun sözlərinə görə, məktəb tolerant mühitdir, lakin bu o demək deyil ki, məktəblərdə dini, siyasi səpkili mövzular gündəmə gəlməlidir:

"Məktəbin vəzifəsi təlim, tərbiyə və təhsildir. Müəllim inanclıdırsa, bunu məktəbə gətirə bilməz, evində saxlamalıdır. Məktəbə tədris üçün gəlməlidir, çünki məktəb dini yaymaq üçün bir məkan deyil".

Birlik sədri: Heç kəsə dini inancını məktəbə gətirmək səlahiyyəti verilməməlidir
Chosen
9
far.az

1Sources