“Sumqayıt” Futbol Klubu, “SOCAR Polymer” MMC və “Azərikimya” İB-nin birgə təşəbbüsü ilə Sumqayıt şəhərində yerləşən Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi Məktəbin şagirdləri ilə görüş təşkil olunub.
Rekord.az xəbər verir ki, görüşdə “Azərikimya” İB-nin Baş Direktorunun müavini Emin İsmayılov, “SOCAR Polymer” MMC-nin Daxili Audit, Sənədlərin İdarəedilməsi və Arxiv departamentinin direktoru Elvin Rzayev “Sumqayıt” FK-nın vitse-prezidenti Aydın Xəlilov, İdman direktoru Faiq Hacı-Məhərrəmov, baş məşqçimiz Saşa İliç, əsas komandanın məşqçiləri, futbolçu heyəti və klubun digər əməkdaşları iştirak ediblər.
Görüşdə məktəbin şagirdləri tərəfindən hazırlanmış çıxışlar təqdim olunub, onlarla maraqlı söhbətlər aparılıb. Şagirdlər komandamızın futbolçuları ilə fotolar çəkdirib, daha sonra isə onlara hədiyyələr təqdim olunub. Yekunda isə xatirə şəkli çəkdirilib.