EN

Milli Xalça Muzeyində “Səssiz dualar – Zirə Cümə məscidində qorunan mədəni irs” sərgisi açılacaq

Bakı, 2 fevral, AZƏRTAC

Fevralın 5-də Azərbaycan Milli Xalça Muzeyində “Səssiz dualar – Zirə Cümə məscidində qorunan mədəni irs” sərgisi açılacaq.

Muzeydən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək layihə milli-mənəvi və mədəni dəyərlərin, tarixi yaddaşın, eləcə də xeyriyyəçilik ənənələrinin təbliğinə xidmət edir.

Sərgidə müxtəlif dövrlərdə ayrı-ayrı şəxslər tərəfindən Zirə Cümə məscidinə ianə edilmiş milli irs nümunələri nümayiş olunacaq. Ekspozisiyada xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii metal, geyim və tikmə nümunələri, “Qurani-Kərim”in nüsxələri, həmçinin nadir əlyazma kitablar təqdim ediləcək. Eksponatların əksəriyyətinin yaşı bir əsrdən çoxdur və onlar azərbaycanlı sənətkarlar tərəfindən yaradılıb.

Qeyd olunub ki, sərgidə təqdim edilən tarixi-mədəni irs nümunələri təkcə keçmişin yadigarı deyil, həm də Azərbaycanda mövcud olmuş xeyriyyəçilik ənənəsinin yaşadılmasının göstəricisidir. Bu nümunələrin məscidlərdə qorunması milli dəyərlərə yüksək diqqətin, humanizm ideyalarının və ictimai həmrəyliyin təzahürü kimi dəyərləndirilir.

Sərgisi fevralın 8-dək davam edəcək.

Chosen
7
1
azertag.az

2Sources