Vladimir Zelenski ilə birbaşa ünsiyyətimin olmaması ilə bağlı şikayətlərimdən sonra artıq görüşlərə dəvət alıram.
Publika.az xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko "Ukrainska Pravda"ya bildirib.
O, etiraf edib ki, əvvəllər Ukrayna prezidenti ilə münasibətləri yaxşılaşdırmaq üçün dəfələrlə cəhd edib.
"Mənim açıqlamamdan sonra məni onlayn konfranslara dəvət etməyə başladılar. İştirak edirəm və şəhərdəki mövcud vəziyyət barədə məlumat verirəm. Məni Energetika Nazirliyinin rəhbərlik etdiyi qərargaha dəvət etməyə başlayıblar", - Kliçko deyib.
Xatırladaq ki, Kiyevdə elektrik kəsilməsi Zelenski ilə Kliçko arasında mübahisəyə səbəb olub.