EN

LDU-da 2 Fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

Lənkəran Dövlət Universitetində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

LDU-dan AzEdu.az-a bildirilib ki,tədbir Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Sonra Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimovun LDU gənclərinə təbrik məktubu səsləndirilib. Təbrik məktubunda deyilir: “Lənkəran Dövlət Universitetində gənclərin hərtərəfli inkişafı, onların elmi biliklərinin artırılması, ictimai fəallığının gücləndirilməsi və sağlam mənəvi dəyərlər əsasında formalaşması daim diqqət mərkəzində saxlanılır. Tələbələrimiz və gənc əməkdaşlarımızın müxtəlif layihə, tədbir və təşəbbüslərdə fəal iştirakı bizi sevindirir və gələcəyə inamımızı daha da artırır. Sizlərin qazandığınız bilik və bacarıqlar, nümayiş etdirdiyiniz əzm və məsuliyyət gələcək karyeranızda mühüm rol oynayacaqdır. Əminəm ki, sizlər universitetimizi layiqincə təmsil edəcək, ölkəmizin social, iqtisadi və mənəvi inkişafına dəyərli töhfələr verəcəksiniz”.

Tədbirdə LDU-nunTədris məsələləri üzrə prorektoru vəzifəsini icra edən dos. Zaur Məmmədov, Elm və innovasiya məsələləri üzrə prorektor dos. Elvin Əliyev, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dos. Ramiz Şəmmədov, Lənkəran Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Quliyev, Baş elmi katib dos. Allahşükür Quliyev çıxış edərək gənclərin ölkənin və universitetin həyatında oynadığı roldan söz açıblar, bayram təbriklərini çatdırıblar.

Çıxış edən gənclər onlara göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə ölkə başçısına və universitet rəhbərliyinə minnətdarlıq bildiriblər, təklif və arzularını dilə gətiriblər

Sonda universitetin ictimai həyatında fəal iştirak edən və təhsil uğurları ilə fərqlənən gənclərə LDU Tələbə Gənclər Təşkilatının sertifikatları təqdim olunub.

Chosen
30
1
azedu.az

2Sources