EN

​"Fənərbaxça" ulduz futbolçunu göndərdi

"Fənərbaxça" futbolçusu Con Duranla yollarını ayırmaq üzrədir. Metbuat.az xəbər verir ki, kolumbiyalı hücumçu karyerasını Rusiyada davam etdirə bilər. "A Spor"da yayımlanan xəbərə görə, Con Duran "Zenit" komandasının şərtlərini qəbul edib. Məlumata görə, futbolçunun maaşının bir hissəsini "Zenit", digər hissəsini isə "Əl-Nəsr" ödəyəcək.

Qeyd edək ki, ötən il “Əl-Nəsr”dən icarə əsasında "Fənərbaxça"ya transfer olan Con Duran Türkiyə nəhəngində uğurlu oyun nümayiş etdirməyib. Futbolçu heyətdən çıxarılmışdı. O, 21 oyunda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
19
metbuat.az

1Sources