EN

Elm və Təhsil Nazirliyinə 22 min nəfər müraciət edib

Yanvarın 16-dan 31-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 22 530 vətəndaş müraciəti daxil olub.

“Cebheinfo.az” xəbər verir ki, müraciətlərin 4 889-u elektron, 922-i yazılı qaydada, 14 360-ı isə çağrı mərkəzləri vasitəsilə yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 2 359 müraciət qeydə alınıb. 

 Müraciətlər olimpiadalar və müsabiqələr , “Rəqəmsal məktəb”, xarici diplomların təsdiqi, məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat və digər məsələlərlə bağlı olub.

Chosen
7
1
cebheinfo.az

2Sources