Azərbaycanın Birinci Liqa təmsilçisi “Şimal” “Araz-Naxçıvan”ın sabiq futbolçusu Elşad Əliyevi transfer edib.
İdman.Biz xəbər verir ki, bu barədə “Şimal” Futbol Klubu məlumat yayıb.
26 yaşlı hücumçu yeni komandasında 9 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, E.Əliyev karyerası ərzində yetirməsi olduğu “Araz-Naxçıvan”la yanaşı, “Sumqayıt-2”, “Zaqatala”, “Cəbrayıl” və “Şəki Siti”də də oynayıb.