EN

Növbəti “İnvestisiya səyahəti” tədbiri Mingəçevirdə keçirilib

Mingəçevir şəhərində Mərkəzi Bankın, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Bakı Fond Birjasının və investisiya şirkətlərinin iştirakı ilə “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil olunub.

Tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri üçün kapital bazarının imkanları, bölgədə bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin kapital bazarına yönəldilməsi, Bakı Fond Birjasının Listinq Məsləhət Proqramı, qiymətli kağız buraxılışında anderraytinq xidməti barədə təqdimatlar keçirilib, onların sualları cavablandırılıb.

Qeyd edək ki, regionlarda mütəmadi olaraq keçirilən “İnvestisiya səyahəti” tədbirlərinin məqsədi bölgədə çalışan biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaq və ondan istifadəyə təşviq etməkdir.

Chosen
28
vergiler.az

1Sources