EN

Si Cinpin yuanı qlobal ehtiyat valyutasına çevirməyə çağırdı

Çin Prezidenti Si Cinpin yuana qlobal ehtiyat valyutası statusu verilməsinə çağırış edib.

"Yeni Sabah" Sinxua-ya istinadla xəbər verir ki, o, Çin beynəlxalq ticarət, investisiya və valyuta bazarlarında geniş istifadə edilə bilən güclü valyutaya ehtiyac olduğunu bildirib.

Çin rəhbərliyi uzun müddətdir ki, yuanın məzənnəsini beynəlxalq səviyyəyə qaldırmağa çalışır.

S. Cinpin qeyd edib ki, ölkənin pul siyasətini idarə etmək üçün güclü mərkəzi bank, eləcə də qlobal kapitalı cəlb edə və qlobal qiymətlərə təsir göstərə bilən rəqabətli maliyyə institutları lazımdır.


Telegram kanalımız
Chosen
27
yenisabah.az

1Sources