
ABŞ Prezidenti Donald Tramp maliyyəçi Ceffri Epşteynin adası haqqında zarafat etdiyinə görə “Qremmi” mükafatlandırma mərasiminin aparıcısı Trevor Noaya qarşı məhkəmə iddiası qaldırmaqla hədələyib.
Yeniavaz.com xəbər verir ki, o, bunu “Truth Social” sosial media platformasında bildirib.
Tramp komediyaçını tənqid edərək, onu “acınacaqlı” və “istedadsız” adlandırıb.
Müğənni Billi Aylişə mükafatı təqdim edən Noa zarafatla bildirib ki, “Qremmi” mükafatı hər bir sənətçinin istədiyi bir mükafatdır: “Demək olar ki, Trampın Qrenlandiyanı istədiyi qədər. Çünki Epşteynin ölümündən sonra ABŞ Prezidentinin Bill Klintonla vaxt keçirmək üçün yeni bir adaya ehtiyacı var”.
Tramp həmçinin, Noadan faktları dəqiqləşdirməsini tələb edib.
“Görünür, vəkillərimi bu yazıq, acınacaqlı, istedadsız, axmaq aparıcını məhkəməyə verməyə və ondan çoxlu pul tələb etməyə məcbur etməli olacağam... Hazırlaş, Noa, səninlə bir az əylənəcəyəm!” - Tramp qeyd edib.
O, həmçinin “Qremmi” mükafatlandırma mərasiminə demək olar ki, tamaşa edtmək mümkün olmadığını bildirib.