EN

Hər addımda cərimə yazan AYNA: Hamını narazı salıb

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

2025-ci ildə Azərbaycana ümumilikdə 189 ölkədən 2 milyon 570,2 min və yaxud 2024-cü illə müqayisədə 2,1 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

Azərbaycana gələn turistlər ən çox avtobusla sərnişindaşıma xidmətindən narazı qalıb. Bu xidmətlə bağlı 35 823 turist narazılığını qeyd edib. Metro ilə sərnişindaşıma xidmətindən narazı qalanların sayı isə 14 412 nəfər olub. Bu, 1 il əvvələ nisbətən 6 % artım deməkdir. 

Hazırda ölkədə nəqliyyatla bağlı bir sıra problemlər mövcuddur. Belə ki, hələ də bir sıra ərazilərdə istismara yararsız avtobuslar fəaliyyət göstərir, sərnişinlər uzun müddət dayanacaqlarda gözləməli olurlar, tıxac problemi, nəqliyyatın baha qiymətə olması kimi amillər özünü göstərir.  

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə daha çox problemləri həll edən yox, cərimə yazan qurum kimi xarakterizə olunur. Bugünlərdə isə AYNA sədri Anar Rzayevlə bağlı yayılan məlumat sosial şəbəkələrdə müzakirə yaradıb. 

Onun aylıq maaşının 19 min 500 manat olması barədə məlumatlar tirajlansa da, qurum bununla bağlı ünvanlanan suallara cavab verməyib. Vəziyyət isə ortadadır. Təkcə vətəndaşlar yox, hətta bir neçə günlük ölkəmizə gələnlər də nəqliyatdan narazı qayıdıblar. 

Nəqliyyatın mövcud vəziyyəti nəinki vətəndaşları, turistləri belə narahat edirsə, dəyişiklik hansı tədbirlər həyata keçirilməlidir? 

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev “Cebheinfo.az”-a bildirib ki, nəqliyyatın mövcud vəziyyəti artıq təkcə yerli vətəndaşlar üçün deyil, ölkəyə gələn turistlər üçün də ciddi narahatlıq mənbəyinə çevrilib: 

“Bu vəziyyət həm gündəlik həyat keyfiyyətinə, həm də ölkənin turizm imicinə birbaşa təsir göstərir. Mövcud problemlərin həlli üçün kompleks və mərhələli tədbirlərin həyata keçirilməsi zəruridir. İlk növbədə ictimai nəqliyyatın keyfiyyəti yüksəldilməlidir. 

Avtobus parkının yenilənməsi texniki cəhətdən köhnə nəqliyyat vasitələrinin mərhələli şəkildə istismardan çıxarılması və daha komfortlu ekoloji təmiz avtobusların istifadəyə verilməsi vacibdir. Bununla yanaşı, marşrut şəbəkəsi yenidən təhlil edilməli, turistlərin sıx istifadə etdiyi istiqamətlər üzrə daha rahat və aydın marşrutlar formalaşdırılmalıdır”. 

Ekspertin sözlərinə görə, sürücülərin peşəkarlığı və davranış mədəniyyəti xüsusi diqqət mərkəzində olmalıdır: 

“Müntəzəm təlimlər, dil bacarıqları üzrə kurslar və xidmət standartlarına nəzarət mexanizmləri tətbiq edilməlidir. Çünki turist üçün ilk təəssürat çox zaman məhz nəqliyyatla başlayır. 

Metro sistemində istiqamətlənmə və məlumatlandırma daha əlçatan olmalıdır. Stansiyalarda və vaqonlarda çoxdilli məlumat lövhələri, elektron xəritələr və mobil tətbiqlərlə inteqrasiya gücləndirilməlidir. 

Pik saatlarda sıxlığın azaldılması üçün qatarların hərəkət intervalı optimallaşdırılmalı, əlavə qatar xətləri istifadəyə verilməlidir. Rəqəmsal həllər nəqliyyat sistemində əsas rol oynamalıdır. 

Real vaxt rejimində avtobus və metro hərəkətini göstərən vahid platforma ödəniş sistemlərinin sadələşdirilməsi və turistlər üçün qısa müddətli nəqliyyat kartlarının tətbiqi böyük rahatlıq yarada bilər. 

Eyni zamanda, piyada infrastrukturunun, velosiped yollarının və mikromobillik həllərinin inkişafı nəqliyyat yükünü azaldaraq şəhər daxilində hərəkəti daha balanslı hala gətirə bilər”. 

Ekspert deyir ki, nəticə etibarilə nəqliyyat sahəsində atılacaq hər bir addım təkcə vətəndaş məmnunluğunu deyil, ölkəyə gələn turistlərin rahatlığını və ümumi təəssüratını da formalaşdırır: 

“Bu sahədə sistemli yanaşma şəffaf idarəetmə və davamlı islahatlar qaçılmazdır. 2025-ci ildə Azərbaycana ümumilikdə 189 ölkədən 2 milyon 570 min 200 əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu göstərici 2024-cü illə müqayisədə 2,1 faiz azalma deməkdir. 

Ölkəyə gələn turistlərin rəy və şikayətləri göstərir ki, nəqliyyat sahəsində, xüsusilə ictimai sərnişindaşıma xidmətləri ilə bağlı ciddi narazılıqlar mövcuddur. Ən çox narazılıq avtobusla sərnişindaşıma xidməti ilə bağlı qeydə alınıb. Bu sahədə 35 min 823 turist mənfi rəy bildirib. 

Turistlər avtobusların hərəkət qrafiki, sıxlıq, rahatlıq səviyyəsi, sürücülərin davranışı və məlumatlandırma çatışmazlığını əsas problem kimi qeyd ediblər. Metro ilə sərnişindaşıma xidmətindən narazı qalan turistlərin sayı isə 14 min 412 nəfər olub. 

Bu göstərici bir il əvvəllə müqayisədə 6 faiz artım deməkdir. Artım onu göstərir ki, metro infrastrukturu ümumilikdə inkişaf etsə də, turist gözləntilərinə tam cavab vermir. 

Xüsusilə istiqamətlərin izahı, dil baryeri və pik saatlarda yaranan sıxlıq əsas narazılıq səbəbləri sırasındadır. Bu rəqəmlər göstərir ki, turizmin davamlı inkişafı üçün nəqliyyat sektorunda xidmət keyfiyyətinin artırılması, turist yönümlü yanaşmanın gücləndirilməsi və operativ islahatların aparılması vacibdir”. 

Nigar Abdullayeva 

“Cebheinfo.az”

Açar sözlər:

AYNA Adil Nəbiyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
27
1
cebheinfo.az

2Sources