EN

"Qarabağ" "Nyukasl"la oyunları boş verməsə... - hamının gözü ÇL oyunlarındadır, amma Premyer Liqada vəziyyət yaxşı deyil

Adamın inanmağı gəlmir, amma "Qarabağ" Misli Premyer Liqasında çempionluq titulunu itirə bilər. "Sabah"ın çox inamlı oyunu fonunda, "Qarabağ" tükənmiş təsiri bağışlayır. 

Dünən "Turan Tovuz"la oyunun son dəqiqələrində bəxt "Qarabağ"ın üzünə gülməsəydi, növbəti xal itkisi yaşanacaqdı. Hal-hazırda "Sabah"la xal fərqi 4-ə bərabərdir. Dambrauskasın komandası 3-4 xal da aralansa, onları haqlamaq çox çətin olacaq. 

Bəlkə də, "Qarabağ"ın təsəllisi "Sabah"la aralarında qalan iki şəxsi oyundur. Lakin "Sabah" "Qarabağ"a tərs rəqibdir. Son illərin statiskasına baxsaq, rəqəmlər "Sabah"ın xeyrinə danışır. 

"Qarabağ"da nə baş verir? Qış fasiləsi dönəmində komandanın istirahət edib yenidən gümrah olacağı gözlənirdi. Amma əksini görürük. "Qarabağ" çox yorğun görünür. Qurban Qurbanov nəinki "Nyukasl"la Çempionlar Liqasında, hətta ölkə kubokundakı oyunlarını boş verib, tam olaraq Premyer Liqaya köklənməsə, sonu çempionluq titulunun itkisinə gətirib çıxara bilər. 

Fikrət

saytlarin hazirlanmasi

Chosen
8
1
sportal.az

2Sources