EN

Gənclər cəmiyyətin aparıcı qüvvəsi, gələcəyin əsas dayağıdır

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Zaqatala, 2 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Gənclik hər zaman enerji, ideyaların qaynağı və gələcəyin ümididir. Gənclər hər bir cəmiyyətin aparıcı qüvvəsi, gələcəyin əsas dayağıdır. Dövlətin gənclərə göstərdiyi diqqət və dəstək, eyni zamanda, gənclərin fəallığı və təşəbbüskarlığı ölkənin davamlı inkişafında onların rolunu daha da gücləndirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Zaqatala şəhərində keçirilən tədbirdə səsləndirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.

Heydər Əliyev Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon rəhbərliyinin, fəal gənclərin iştirak etdiyi tədbirdə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Zaqatala rayonu üzrə sektorunun müdiri Araz Əliyev çıxış edərək, rayon gənclərinin 2025-ci ildə qazandıqları uğurlar barədə danışıb, gənclərin fəal surətdə dövlət quruculuğu prosesinə cəlb olunduğunu, onlara öz istedad və bacarıqlarını nümayiş etdirmək üçün hərtərəfli şəraitin yaradıldığını bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycanda dövlət gənclər siyasətinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər respublikamıza rəhbərliyinin bütün dövrlərində sağlam gəncliyin, bu dövlətə sahib dura biləcək, onu inkişaf etdirəcək nəslin yetişməsinə çalışıb. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə yeniyetmə və gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar açılır.

Tədbirdə çıxış edənlər Azərbaycanın hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu vurğulayıblar. Qeyd olunub ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Azərbaycan gəncliyi yeni zirvələrə doğru inamla irəliləyir.

Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onlara təhsildə, fəaliyyət göstərdikləri sahələrdə yüksək nailiyyətlər arzulayıb.

Tədbirin sonunda rayonun ictimai-siyasi, mədəni və idman həyatında fəal iştirak edən gənclər rayon icra hakimiyyəti, gənclər və idman sektoru tərəfindən fəxri fərmanlarla mükafatlandırılıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
azertag.az

1Sources