Sumqayıtda minik avtomobilində yanğın hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, Şəhərin İsmət Qayıbov küçəsində hərəkətsiz vəziyyətdə olan “Opel” markalı avtomobil qəfil alışaraq yanıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və xüsusi texnikası göndərilib.
Yanğınsöndürənlərin vaxtında müdaxiləsi nəticəsində alov tam söndürülüb və yanğının ətrafda yerləşən digər avtomobillərə keçməsinə imkan verilməyib.
İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Yanğının başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.