EN

İran Türkiyə ilə bağlı iddianı təkzib etdi

BAKI, 2 fevral. TELEQRAF

“Zənginləşdirilmiş uranın hansısa ölkəyə ötürülməsi ilə bağlı heç bir qərar yoxdur, aparılan danışıqlar ümumiyyətlə bu mövzu ətrafında getmir”.

Teleqraf xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri bildirib.

Xatırladaq ki, İsrailin “Haaretz” nəşri bundan əvvəl rəsmi mənbələrə istinadla Türkiyənin İranın zənginləşdirilmiş uranını qəbul etməyi təklif edə biləcəyini yazmışdı.

Chosen
13
7
teleqraf.com

8Sources