EN

“Atletiko”nun hücumçusu “Yuventus”a keçir

“Atletiko”nun hücumçusu Aleksandr Sörlot “Yuventus”un transfer siyahısında ön plana çıxıb.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, Turin klubu norveçli forvardı qış transfer pəncərəsi bitməmiş heyətinə qatmaq istəyir.

Daha əvvəl Mateta, En-Nesiri və İkardi variantlarını dəyərləndirən “Yuventus” hazırda əsas diqqəti Sörlotun transferinə yönəldib.

Yaxın vaxtlarda bu keçidlə bağlı konkret addımlar atıla bilər.

30 yaşlı hücumçu cari mövsümdə La Liqada 21 oyunda 7 qol vurub.

Chosen
10
idmanxeber.az

1Sources