Türkiyədə məşhur aktyor, “Survivor” yarışının iştirakçısı Barış Murad Yağcı saxlanılıb.
ONN media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, aktyor haqqında narkotik istintaqı ilə bağlı çıxarılan həbs qərarından sonra iştirak etdiyi “Survivor” yarışından kənarlaşdırılıb.
İstanbula qayıdan Yağcı hava limanında saxlanılaraq polis bölməsinə aparılıb.