EN

Macarıstan Rusiya qazına görə Aİ-yə qarşı məhkəmə iddiası qaldırdı

Macarıstan Rusiya qazına görə Aİ-yə qarşı məhkəmə iddiası qaldırdı

Macarıstan Avropa İttifaqının Rusiya enerji daşıyıcılarının tədarükünə tətbiq etdiyi qadağanın ləğvi üçün Aİ Məhkəməsinə rəsmi iddia ilə müraciət edib.

AFN.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto məlumat verib.

Nazir bildirib ki, Aİ Şurasının Rusiya qazına qadağa qoyan qərarı qüvvəyə mindiyi andan etibarən Budapeşt hökuməti öncədən planlaşdırdığı hüquqi addımı atıb. Siyartonun Macarıstan XİN tərəfindən yayımlanan bəyanatında vurğulanır ki, bu iddia mütləq şəkildə nəzərdən keçirilməlidir.

Xatırladaq ki, Macarıstan enerji təhlükəsizliyi məsələlərində milli maraqlarını əsas gətirərək, Brüsselin Rusiya enerjisindən imtina siyasətinə qarşı çıxan əsas ölkələrdən biri olaraq qalır. Rəsmi Budapeşt bu qadağanın ölkə iqtisadiyyatına ciddi zərbə vurduğunu və alternativlərin hələ ki, tam formalaşmadığını iddia edir.

Chosen
4
afn.az

1Sources