Bakı. Trend:
ATƏT-in sədri, İsveçrənin xarici işlər naziri İnqnasio KassisKiyevə səfər edib və yaxın vaxtlarda Moskvaya da gedəcəyini bəyanedib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
“Biz Moskvaya eyni mesajla gedəcəyik: Rusiya, Ukrayna və daha 55ölkə ATƏT-in üzvüdür. Əgər onlar bu təşkilata ciddi yanaşırlarsa,hamımız mümkün qədər tez bir həll yolu tapmaq üçün birlikdəişləməliyik”, – Kassis bildirib.
Qeyd edək ki, 2026-cı ildə ATƏT-ə İsveçrə sədrlik edir.