"Yuventus"un futbol departamentinin rəhbəri Corco Kyellini “Qalatasaray”ın hücumçusu Mauro İkardi ilə maraqlanması haqda çıxan xəbərlərə münasibət bildirib.
Sportal.az “DAZN”a istinadən xəbər verir ki, argentinalı hücumçu qış “transfer pəncərəsi”nin son günlərində Turin klubununun ehtimal olunan hədəfləri arasında idi.
32 yaşlı futbolçunun “Qalatasaray”la hazırkı müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. Kyellinin İkardinin keçidinin real olmadığını deyib:
"Bu, bir seçim kimi nəzərdən keçirilmişdi. Amma transfer baş tutmayacaq. Müxtəlif hücumçu profillərini araşdırırdıq. Lakin tam əminliklə deyə bilərəm ki, İkardinin transferinin müzakirə olunmadığı dəqiqdir".
Mauro İkardi İtaliyada 2013-cü ildən 2020-ci ilə qədər “İnter”də oynayıb.
saytlarin hazirlanmasi