EN

"Satınalma ilə bağlı ciddi və sanballı dəyişikliklər etməliyik" - Deputat

"Şəffaflığın artırılması istiqamətində atılan bütün addımları təqdir edirəm. Dövlət maliyyəsindən səmərəli istifadəni təmin etmək istəyiriksə, "Dövlət satınalmaları haqqında" qanunda indiki kimi yox, daha ciddi və sanballı dəyişikliklər etməliyik".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

"Mətbuatda oxuyurq ki, bir çox hallarda müvafiq dövlət müəssisələrinin rəhbərləri və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə öncədən razılaşmadan nəinki tenderləri udmaq, heç tenderlərə girmək mümkün deyil. Bəzən dövlət müəssisələri pərakəndə satış qiyməti bazarda hamı üçün aydın olan bir malı dəfələrlə baha qiymətə rəsmiləşdirirlər. Bunların qarşısı alınmalıdır və bunun üçün qanunvericilikdə mexanizmlər yaradılmalıdır. Dövlət vəsaitlərinə qənaət üçün bəzən gedib elə yerdən yapşırılar, elə yerdə vəsaitə qənaət etmək istəyirlər ki, adam təəccüb edir", - deyə deputat bildirib.

Anar Kəlbiyev

Chosen
25
2
unikal.az

3Sources