Qırğızıstan cinsiyyət dəyişikliyini və bu cür əməliyyatları qanuni olaraq qadağan etməyi planlaşdırır.
“Cebheinfo.az”-ın məlumatına görə, Qırğızıstan parlamentinin deputatı Marlen Mamataliyevin müəllifi olduğu qanun layihəsi respublika parlamentinin veb saytının ictimai şərh bölməsində yerləşdirilib.
“Qanun layihəsi ailə və demoqrafik təhlükəsizlik institutunu qorumaq, Qırğızıstan Respublikasının milli və mədəni kimliyini və ənənəvi dəyərlərini qorumaq məqsədi ilə hazırlanıb”,- qanun layihəsinə əlavə sənəddə belə deyilir.
Sənəddə bildirilir ki, hazırda Qırğızıstan qanunvericiliyində hüquqi boşluq mövcuddur və bu, vətəndaşlıq qeydiyyatı sənədlərində və nəticədə vətəndaşların pasportlarında tibbi arayışlar əsasında cins qeydlərinin dəyişdirilməsi ehtimalını yaradır.
“Bu təcrübənin Qırğızıstan cəmiyyətində tarixi və mədəni kökləri yoxdur. Həm də demoqrafik siyasət, ictimai əxlaq, milli təhlükəsizlik və dövlətin davamlı inkişafı üçün sistemli risklər daşıyır”,-əlavədə qeyd edilir.