Türkiyənin Əskişəhər vilayətində şəkər zavodunda partlayış baş verib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, parrtlayış nəticəsində 6 işçi yaralanıb.
Bildirilir ki, hadisə yerinə səhiyyə və polis qrupları göndərilib. Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu qeyd olunur.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.