EN

Tehran-Vaşinqton danışıqlarının perspektivi: neft ucuzlaşdı

İranın ABŞ ilə danışıqlar üçün  çərçivənin yaxın günlərdə  yekunlaşdırılacağını və iki ölkə arasında hərbi eskalasiya riskini azaldacağını bildirməsindən sonra, bu gün-2 fevralda neft qiymətləri kəskin şəkildə aşağı düşüb.

Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, təxminən saat 10:05 GMT (Parisdə saat 11:05), Şimal dənizindən aprel ayı üçün çatdırılan Brent markalı xam neftin qiyməti 4,46% azalaraq barel üçün 66,23 dollara enib.

ABŞ-yə ekvivalent olan «West Texas» «Intermediate» xam neftinin mart ayı üçün tədarükü 4,78% azalaraq, bir barel üçün 62,09 dollara düşüb. Donald Tramp bazar günü bölgədə yerləşən ABŞ donanmasından bəhs edərək qeyd edib: "Ümid edirəm ki, razılığa gələ bilərik".

Aydın Baxış

Chosen
5
1
bakivaxti.az

2Sources