EN

ASCO-nun yeni sədri iki departament rəisini işdən çıxarıb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-də (ASCO) kadr islahatları aparılıb.

Bu barədə Unikal-a məlunat yayıb.

Bildirilib ki, ASCO-nun sədri Əfqan Cəlilov əmrlər imzalayıb.
 

Belə ki, ASCO-nun Daxili nəzarət departamentinin rəisi Vaqif Quliyev təqaüd yaşına çatması ilə əlaqədar,  Maliyyə və uçot departamentinin rəisi Fəxrəddin Həsənov isə öz ərizəsi əsasında vəzifəsindən ayrılıb.

ASCO-dan sorğumuza cavab olaraq xəbəri təsdiqləyiblər.

Xatırladaq ki, Əfqan Cəlilov 16 yanvar 2026-ci il tarixində ASCO-nun sədri təyin olunub.

Chosen
31
6
anews.az

7Sources