Azərbaycanın 1-ci Liqasının debütantı "Şimal" heyətinə yeni oyunçu cəlb edib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Sözügedən kollektiv "Araz-Naxçıvan"ın sabiq futbolçusu Elşad Əliyevi rənglərinə bağlayıb. 26 yaşlı hücumçu komandada 9 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, E.Əliyev karyerası ərzində "Araz-Naxçıvan", "Sumqayıt-2", "Zaqatala", "Cəbrayıl" və "Şəki Siti"də də oynayıb.
Xatırladaq ki, hazırda "Şimal" 1-ci liqanın turnir cədvəlində 5 xalla sonuncu - 10-cudur.