EN

Hüseyn Həsənova cinayət işi açıldı

Azərbaycan əsilli rus bloger Hüseyn Həsənova qarşı cinayət işi açılıb.

Publika.az xəbər verir ki, Moskva Prokurorluğu bloqer Hüseyn Həsənov barəsində ittiham aktını təsdiqlədiyini açıqlayıb.

Həsənov pulların qanunsuz yuyulmasında ittiham olunur. Hazırda təqsirləndirilən şəxs axtarışdadır, buna görə cinayət işi qiyabi məhkəmə iclası üçün Presnenski Rayon Məhkəməsinə göndərilib və ona qiyabi həbs qətimkan tədbiri seçilib.

İstintaqın əvvəlki mərhələlərində məlum olub ki, Həsənov fərdi sahibkar kimi əsl gəlirini gizlədib və Rusiya büdcəsinə təxminən 170 milyon rubl (təxminən 3,8 milyon manat) vergi ödəməyib.

Chosen
17
6
publika.az

7Sources