EN

Bank of Baku nun kredit portfeli 150 milyon manatdan çox artıb

ain.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bank of Baku-nun kredit portfeli cari ilin 31 dekabr 2025-ci il tarixinə 910 milyon 697 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın kredit portfeli 2024-cü ilin sonu ilə müqayisədə 150 milyon 273 min manat və ya 19,8% artıb.

Hesabat dövründə bankın istehlak kreditləri portfeli 699 milyon 931 min manat, biznes kreditləri portfeli 148 milyon 755 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 62 milyon 11 min manat təşkil edib. 

Bunlar 2024-cü ilin sonu ilə müqayisədə müvafiq olaraq 120 milyon 653 min manat və ya 20,8%, 16 milyon 33 min manat və ya 12,1%, 13 milyon 585 min manat və ya 28,1% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
41
2
banco.az

10Sources