ain.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff sabah İsrailə səfər edəcək.
Bu barədə "Əl-Ərəbiyyə" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, o, ölkənin Baş naziri Benyamin Netanyahu və İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşlər keçirəcək.
Nəşr qeyd edib ki, görüş İranla münasibətlərdə regional gərginliyin artması, eləcə də Tramp administrasiyasının Qəzzadakı müharibənin dayandırılması ilə bağlı planının həyata keçirilməsi istiqamətində fəal səylər göstərdiyi dövrdə baş tutur./Report
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.