Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar ayında Azərbaycanın ən çox istifadə edilən sosial şəbəkə 28,88 faiz payla "Facebook" olub.
Banco.az xəbər verir ki, bu barədə "Global Stats" statistika mərkəzinin məlumatında qeyd edilib.
İkinci yerdə 22,62 faiz göstərici ilə "YouTube", üçüncü yerdə isə 21,11 faiz göstərici ilə "Instagram" qərarlaşıb.
"Pinterest" istifadəçilərinin fəallığı ötən ay 10,99 faizə bərabər olub.
"X"in payı 6,96 faiz, “LinkedIn” sosial şəbəkəsinin payı 7,73 faiz, "Reddit" isə 1,12 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!