EN

Məşhur tennisçinin raketkası fantastik məbləğə SATILDI

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Serbiyalı tennisçi Novak Cokoviçin 2012-ci il Avstraliya Açıq Çempionatının finalında istifadə etdiyi raketka hərracda 540 000 dollara satılıb. Bizim.Media xəbər verir ki, bu barədə ESPN-in məlumat verib.

 

Bu qiymət bir tennis raketkası üçün bütün zamanların rekordudur. Əvvəlki rekord 2025-ci ildə, ispaniyalı Karlos Alkarazın 2023-cü il Uimbldon finalında Cokoviçlə qarşılaşmada istifadə etdiyi və 173 000 dollara satılmış raketkaya məxsus idi.

Xatırladaq ki, 2012-ci ilin finalında Cokoviç ispaniyalı Rafael Nadalı beş setlik matçda məğlub etmişdi. Həmin final “Böyük dəbilqə” tarixinin ən uzun həlledici qarşılaşmasıdır. Həmin matç 5 saat 53 dəqiqə davam etmişdi.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
6
1
bizim.media

2Sources