EN

Almaniyada on minlərlə işçi tətilə getdi,nəqliyyat iflic oldu

Almaniyada
Almaniyada Birləşmiş Xidmət Sektoru Həmkarlar İttifaqının (Ver.di) çağırışı ilə təxminən 150 bələdiyyə nəqliyyat şirkətinin əməkdaşları 24 saatlıq tətilə başlayıb. 1news.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, tətil gecə saat 03:00-dan etibarən başlayıb və fevralın 3-ü saat 03:00-dək davam edəcək. Aksiya nəticəsində ölkə üzrə avtobus, metro və tramvay reysləri demək olar ki, dayanıb, milyonlarla sərnişin çətinliklə üzləşib. Berlin, Hamburq, Münhen, Frankfurt və Köln kimi iri şəhərlərdə reyslərin böyük hissəsi ləğv edilib, səhər saatlarında isə ciddi tıxaclar yaranıb.
Tətil ölkə üzrə müşahidə olunan şaxtalı hava və buzlanma riski ilə eyni vaxta təsadüf edib. İşə getmək üçün alternativ yollar axtaran vətəndaşlara hüquqşünaslar xəbərdarlıq ediblər ki, nəqliyyat riski işçinin üzərinə düşür və tətil işə gecikmək üçün əsaslı səbəb sayılmır. Valideynlərə isə bildirilib ki, məktəb avtobuslarının ləğvi şagirdlərin dərsə getmək öhdəliyini aradan qaldırmır. Aşağı Saksoniya əyalətində təxminən 5 min əməkdaş üçün “sülh öhdəliyi” qüvvədə qaldığından həmin region tətilə qoşulmayıb.

Qeyd edək ki, Ver.di bələdiyyə nəqliyyat şirkətlərində çalışan təxminən 100 min işçi adından həftəlik iş saatlarının azaldılması, istirahət müddətinin artırılması, növbələrin tənzimlənməsi, eləcə də gecə və həftəsonu işinə görə daha yüksək əlavələrin ödənilməsini tələb edir.

Chosen
2
1
1news.az

2Sources