EN

İctimai birliklər gənclərə dair dövlət siyasətinin həyata keçirilməsində mühüm tərəfdaşdır

"Müasir dövrdə gənclərin inkişafı hər bir cəmiyyətin davamlı tərəqqisinin əsasını təşkil edir. Ölkəmizdə də gənclərin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Gənclərin təhsili, sosial fəallığı və şəxsi inkişafı üçün geniş imkanlar formalaşdırılmışdır. Bu imkanlara təhsil proqramları, könüllülük layihələri, beynəlxalq mübadilə proqramları, startap və innovasiya dəstəyi, eləcə də sosial və mədəni fəaliyyətlər daxildir. Eyni zamanda, region gənclərinin inkişafı da diqqət mərkəzində saxlanılır. Paytaxtla yanaşı, regionlarda da Gənclər Evlərinin yaradılması gənclərin həm milli dəyərlər əsasında formalaşmasına, həm də qlobal düşüncəyə malik olmasına zəmin yaradır".

Bu sözləri Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan gənci öz uğurunu milli kimliyə, vətənpərvərlik ruhuna və müasir biliklərə əsaslanaraq qurur. Uğurlu gəncin əsas xüsusiyyətləri sırasında məqsədyönlülük, məsuliyyət hissi və daim öz üzərində işləmək bacarığı xüsusi yer tutur:

"Bununla yanaşı, təşəbbüskarlıq, liderlik keyfiyyətləri, komanda ilə işləmək bacarığı və ictimai fəallıq uğurlu gəncin formalaşmasında mühüm rol oynayır.  Vətənə xidmət, sosial məsuliyyət və cəmiyyətin inkişafına töhfə vermək istəyi də uğurlu gəncin əsas göstəricilərindəndir. Bu keyfiyyətlər gənclərin gələcəkdə ölkənin müxtəlif sahələrində peşəkar kadr kimi yetişməsinə imkan yaradır".

O, həmçinin bildirib ki, Azərbaycanda ictimai birliklər də gənclərə dair dövlət siyasətinin həyata keçirilməsində mühüm tərəfdaş kimi çıxış edir. Onlar dövlət qurumları ilə əməkdaşlıq edərək gənclər üçün nəzərdə tutulan proqram və strategiyaların icrasına dəstək verirlər. Bu əməkdaşlıq gənclərin qərar qəbuletmə proseslərində iştirakını artırır və dövlət–gənclər dialoqunu gücləndirir.Bu təşkilatlar gənclərin cəmiyyətə inteqrasiyasını təmin etməklə yanaşı, onların bilik, bacarıq və liderlik potensialını inkişaf etdirən ictimai institutlar kimi də mühüm rol oynayır:

"2 Fevral Gənclər Günü ilə münasibətilə Azərbaycan gənclərini təbrik edir, ölkəmizin  gələcəyinin etibarlı əllərdə olduğuna əminliyimizi bildiririk!"

Chosen
4
qht.az

1Sources