EN

"Arsenal" "Nyukasl"ın futbolçusuna göz dikdi

style='margin-bottom:10px;'>

"Arsenal" "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonalini transfer etmək üzərində işləyir.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Florian Plettenberq məlumat yayıb.

"Topçular" artıq futbolçu üçün ilkin təklif göndəriblər. Lakin "Nyukasl" bunu rədd edib. London təmsilçisi isə 25 yaşlı oyunçudan əl çəkmək niyyətində deyil. "Arsenal" Tonali üçün yeni təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Tonali 2023-cü ilin yayında "Nyukasl"a transfer olunub. İtaliyalı futbolçu cari mövsüm komanda ilə 35 oyunda iştirak edib və 5 məhsuldar ötürmə verib. Onun "Nyukasl" ilə hazırkı müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədərdir.

Xatırladaq ki, "Nyukasl" "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibidir. Bu komandalar arasında ilk oyun fevralın 18-də, Bakıda olacaq və saat 21:45-də başlayacaq. Cavab görüşü isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.

Chosen
23
1
teleqraf.com

2Sources