EN

Prokurorluqda yeni təyinatlar olub

Azərbaycan Respublikası hərbi prokurorunun müavini Şəfahət İmranov Abşeron rayon prokuroru vəzifəsinə təyin edilib.

Baş Prokurorluqdan Xezerxeber.az-a verilən xəbərə görə, baş prokuror Kamran Əliyev bununla bağlı əmr imzalayıb.

Baş prokurorun digər əmrilə hərbi prokurorun sabiq müavini Fuad Məmmədov Tərtər rayon prokuroru vəzifəsinə təyin edilib.

Həmçinin, Kamran Əliyevin digər müvafiq əmrinə əsasən Tərtər rayon prokuroru Əli Qurbanov Tərtər hərbi prokuroru vəzifəsinə təyin olunub.

Chosen
21
5
xezerxeber.az

10Sources